Məhşur azərbaycanlı futbolçu və məşqçi Əhməd Ələsgərov vəfat edib. Fanat.az хəbər verir ki, veteran futbolçumuz 79 yaşında dünyasını dəyişib.
Əhməd Ələsgərov Ukraynanın Odessa şəhərində yaşayırdı və uzun müddətdi ağır хəstəlikdən əziyyət çəkirdi. Odessada vəfat edən veteran futbolçu bu şəhərdə dəfxn olunacaq.
Fanat.az-ın kollektivi Əhməd Ələsgərova Allahdan rəhmət diləyir və mərhumun ailəsinə, futbol ictimaiyyətinə dərin hüznlə başsağlığı ver
Qeyd edək ki, Əhməd Ələsgərov 5 oktyabr 1935-ci ildə Bakı şəhərində anadan olub. Bakı Bədən Tərbiyəsi İnstitunu bitirəndən sonra 1955-1965-ci illər ərzində Bakının "Neftyanik" (sonradan "Neftçi") klubunun şərəfini qoruyub. Bu illərdə 115 oyun keçirib və 6 qola imza atıb. 1963-cü ildə fəxri idman ustası adına layiq görülüb.
Əhməd Ələsgərov futbolçu karyerasını başa vurandan sonra futboldan ayrılmayıb və özünü məşqçilik sahəsində sınayıb, Azərbaycan futbol məktəbini SSRİ səviyyəsində təmsil edib. 1966-2006-cı illərə təsadüf edən fəaliyyəti ərzində baş məşqçi kimi fasilələrlə Bakının "Neftçi" (1966-1970, 1980-1982, 1999-2000), Tacikistanın "Pamir" (Düşənbə, 1972), Ukraynanın "Çernomorets" (Odessa, 1973-1977), Naxçıvanın "Araz" (1979), Moldovanın "Nistru" (Kişinyov, 1988-1989), "Şerif" (Tiraspol, 1997-1998) komandalarını çalışdırıb. Əhməd Ələsgərov Bakının 1966-cı ildə "Neftçi" və 1974-cü ildə Ukraynanın "Çernomorets" klubları ilə SSRİ çempionatının bürünc medallarını qazanıb.
Əhməd Ələsgərov Azərbaycan çempionatları tariхinin ilk çempion baş məşqçisidi. Belə ki, 1992-ci ildə keçirilən ilk çempionat zamanı "Neftçi"ni çalışdıran mərhum məşqçi qızıl medallara sahib çıхıb.
Azərbaycan, Ukrayna və Tacikistanın əməkdar məşqçisidir.
1992-1993 və 1998-2000-ci illərdə Azərbaycan milli komandasının sükanı arxasına keçib, milli komandamızın ilk məşqçisi kimi tarixə düşüb.
2005-2006-cı illərdə "Bakı" klubuna dəvət alan Əhməd Ələsgərov klubda muşavir və vitse-prezident vəzifələrində çalışıb. Elə həmin mövsüm "Bakı" Azərbaycan çempionu titulunu qazanıb.
Fanat.az