Mbappe Fransa millisinin məşqçilər korpusunu tənqid etdi, Deşam susdu

Mbappe Fransa millisinin məşqçilər korpusunu tənqid etdi, Deşam susdu

Fransa yığmasının kapitanı Kilian Mbappe Millətlər Liqasında İtaliyaya məğlubiyyətdən sonra milli komandanın məşqçilər korpusunu tənqid edib. Fanat.Az xəbər verir ki, məlumatı "Lequipe" yayıb.  Mənbənin iddiasına görə sentyabrın 6-da Parisdə italyanlara 1:3 hesabı ilə uduzan fransızların düşərgəsində, Belçika ilə oyundan əvvəl futbolçularla məşqçilər korpusu arasında söhbət olub. Mbappe sərt çıxış edərək Fransa millisində taktiki işin olmamasından narazılığını çatdırıb. "Real Madrid"in hücumçusu həm köhnə, həm də yeni futbolçularla daha əsaslı taktiki işin vacibliyini qeyd edib. Baş məşqçi Didye Deşam ulduz futbolçunun iradını sakit şəkildə dinləyərək reaksiya verməyib. Qeyd edək ki, Fransa belçikalıları 2:0 hesabı ilə məğlub edib. Mbappe isə millinin heyətində ardıcıl 5 oyundur qol vurmur. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər