Marko Şarliya: "Azərbaycan yüksək səviyyəli komanda deyil"

Marko Şarliya: "Azərbaycan yüksək səviyyəli komanda deyil"
"Bakı"nın sabiq qapıçısı Marko Şarliya Xorvatiya - Azərbaycan oyunu ilə bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, xorvat qolkiper vətənində verdiyi müsahibədə millimizin onu təəccübləndirdiyini deyib:
"Azərbaycanda oynadığım vaxt klublarda xeyli çox sayda legioner çıxış edirdi. Limitə görə, meydanda bir neçə yerli futbolçu olmalı idi. Bu da Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun milliyə futbolçu seçimi üçün atılmış addım idi. Foqts millidə müəyyən dəyişikliklər etdi. İndi onun futbolçu seçimi daha çoxdu. Çünki Azərbaycan çempionatında klubların heyətində yerli futbolçular daha çox oynayır. Azərbaycan millisi yüksək səviyyəli komanda deyil. Hücum qurmaq üçün kiçik şanslara arxalanan heyətə malikdi. Amma müdafiədə yaxşı oyun göstərirlər. Məsələn, Rauf Əliyevi yaxşı tanıyıram. Fiziki cəhətdən çox güclüdü. Mən “Bakı”da oynayanda, Rauf “Qarabağ”la Avropa Liqasında çıxış edirdi. Həqiqətən də, Azərbaycan yığmasının İtaliyaya 1:2 hesabı ilə uduzacağını gözləmirdim. Daha böyük hesablı qələbəyə şahidlik edəcəyimizi düşünürdüm. Amma belə olmadı. Deməli, Azərbaycan millisində irəliləyiş var. Sadəcə, Xorvatiya yığmasının gücünü də qeyd etmək lazımdı. Heyətlərə, komandaların güclərinə baxanda, Xorvatiya yığması qələbə qazanmalıdı".
Qeyd edək ki, Şarliya 2012-ci ildə "Bakı"ya Xorvatiyanın "İnter" klubundan keçmişdi. Ölkəmizdə 120 oyun keçirən 32 yaşlı qolkiper "Bakı"dan ayrıldıqdan sonra Cənubi Kiprin "Etnikos" klubunun formasını geyinib. İndi isə Xorvatiya "Lokomotiva"sında çıxış edir. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər