Mario Qomez İstanbula qayıtmaq istəmir

Mario Qomez İstanbula qayıtmaq istəmir

Beşiktaş"ın prezidenti Fikrət Orman klub azarkeşlərini üzəcək açıqlama verib.

Sport7.az xəbər verir ki, Orman "Habertürkə" verdiyi müsahibəsində İstanbuldakı son terror hadisələrinin Mario Qomezi qorxutduğunu bildirib. Klub prezidenti Avrooa çempionatındakı uğurlu çıxışının Qomezi daha da məşhurlaşdırdığını və ərköyünləşdirdiyi etiraf edib. 

"Yaxın bir həftə ərzində bütün suallara aydınlıq gələcək. Bu təkcə bizim problemimiz deyil. Artıq bir çox məşhur futbolçular İstanbula gəlməməyə çalışırlar. Qomez də onlardan biridir. Biz onun menecerləriylə dil tapmağa çalışırıq. Ümid edirəm ki, dövlətimizin bu problemi həll etməyi bacaracaq" deyə Orman sözlərini bitirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər