"Marca": La Liqa sentyabrda başlayacaq

"Marca": La Liqa sentyabrda başlayacaq
İspaniya La Liqasında növbəti mövsümə sentyabrda başlayacaq.
 
Fanat.Az "Marca”ya istinadən xəbər verir ki, La Liqa rəhbərliyi koronavirus pandemiyası üzündən yeni mövsümün startını da gecikdirməli olacaq.
 
Əlbəttə, 27 turu keçiriləndən sonra dayandırılan La Liqanın yerdə qalan turlarının oynanılması üçün də müəyyən planlar var. Yarışın təşkilatçıları vəziyyət düzələn kimi bu mövsümün qalan oyunlarını 2-3 günlük fasilə ilə keçirməyi planlaşdırır. Lakin bu da 2019/20 mövsümünün növbəti mövsümün startına qədər başa çatdırılması üçün yetərli olmaya bilər. Belə olan halda yeganə çıxış yolu yeni mövsümə avqustda yox, sentyabrda start verilməsini şərtləndirir.
 
Qeyd edək ki, İspaniyada futbol çempionatlarının mayda bərpa edilməsi nəzərdə tutulub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər