Cesare Prandellinin istefasından sonra baş məşqçisiz qalan İtaliya millisini kimin çalışdıracağı müzakirə mövzusudu. Fanat.axz xəbər verir ki, yerli mətbuat bu posta üç namizəd göstərir.
Belə ki, Roberto Mançini, Massimilano Allegri və Lusiano Spallettinin adı İtaliya millisi ilə yanaşı çəkilir. "La Gazzetta dello Sport"un məlumatına görə, ən real namizəd Mançini hesab olunur.
Qeyd edək ki, Mançini bir neçə gün əvvəl "Qalatasaray"dan, Allegri "Milan"dan, Spalletti isə "Zenit"dən ayrılıb və hazırda işsizdilər. Onlardan heç biri əvvəllər İtaliya millisini çalışdırmayıb.
Onu da qeyd edək ki, İtaliya millisi AVRO-2014-ün seçmə mərhələsində yığmamızın rəqibidi. Komandalar bu ilin 10 oktyabrında Palermoda, gələn ilin 10 oktyabrında Bakıda qarşılaşacaq.
Fanat.az