"Mançester Siti" ilə oyun "Liverpul"u 10 milyon avro xərcə saldı

"Mançester Siti" ilə oyun "Liverpul"u 10 milyon avro xərcə saldı

"Liverpul" hücumçusu Darvin Nunyes üçün "Benfika"ya daha 10 milyon avro ödəməli olacaq.

Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mirror" yayıb.

Uruqvaylı Mersisayd təmsilçisinə 2022-ci ilin iyulunda ilkin 75 milyon avroluq ödənişlə və mümkün 25 milyon avro bonus qarşılığında keçib. Ulduz forvard “Mançester Siti”yə qarşı 60-cı oyununu keçirdikdən sonra razılaşmadakı 10 milyon avroluq ödəniş avtomatik işə düşüb.

24 yaşlı futbolçu ötən mövsümün əvvəlindən "Liverpul"un heyətində bütün yarışlarda 22 qol vurub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər