Madrid klubu "Çelsi"nin müdafiəçisini bu yay aparır

Madrid klubu "Çelsi"nin müdafiəçisini bu yay aparır
"Çelsi"nin müdafiəçisi Sesar Aspilikueta Karyerasını İspaniya Primyerasında davam etdirməyə yaxındır.
Fanat.Az "El Gol Digital"a istinadən xəbər verir ki, İspaniya millisində 25 oyun keçirmiş 31 yaşlı oyunçunun xidmətində "Atletiko" maraqlıdır.
Madrid klubu Aspilikuetanı bu yay heyətə qatmağı planlaşdırır. "Zadəganlar"la olan müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatacaq futbolçunun transfer qiyməti "Transfermarkt" portalı tərəfindən 17 milyon avro ilə dəyərləndirilir.
"Osasuna"nın futbol akademiyasının yetirməsi olan Sesar "Çelsi"yə 2012-ci ildə "Marsel"dən transfer edilib. Həmin vaxt London klubu Fransa təmsilçisinə 8,8 milyon avro ödəyib. Bu mövsüm "Çelsi" formasıyla 35 matça çıxan Aspilikueta 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 
 
Atilla
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər