Ülviyyə Fətəliyeva Azərbaycan çempionu oldu

Ülviyyə Fətəliyeva Azərbaycan çempionu oldu

Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatında qalib və mükafatçılar məlum olub.

Fanat.Az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarovanı üstələyib 1,5:0,5.

Final görüşündə isə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyevanı məğlub edib. Tay-brekdə 1,5:0,5 hesablı qələbə qazanan Ü.Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər