Lukaş Sapela Bakını tərk etdi

Lukaş Sapela Bakını tərk etdi
"Rəvan" Topaz Premyer Liqasının XXIV turu çərçivəsində AZAL-la qarşılaşacaq. Fanat.az xəbər verir ki, komanda sabah "Bayıl Arena"da baş tutuacaq görüşə hazırlığı bu günkü məşqlə artıq başa vurub.
Elə "Bayıl Arena"da keçirilən axşam məşqində 2 futbolçu iştirak etməyib. Müdafiəçi Aqil Nəbiyev qasıq nahiyyəsindən aldığı zədəni müalicə etməklə məşğuldusa, qapıçı Lukaş Sapela icazə alaraq bir neçə günlüyünə vətəninə yola düşüb. Məşqçilər korpusu cəzalı durumda olmasını nəzərə alaraq Sapelaya icazə verib. Tofiq Mikayılov ümumi qrupda məşqlərdə çalışıbsa, Tyaqo Mirasema fərdi proqram əsasında məşq edib.
Ümumilikdə futbolçular daha çox bəzi taktiki-texniki tapşırıqlar üzərində çalışıb. Komanda artıq oyun saatını gözləyir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər