"İnter"in futbolçusu Romelu Lukaku mövsümün sonunda klubu tərk edəcək.
Fanat.Az xəbər verir ki, o, müqavilə ilə məxsus olduğu "Çelsi"yə geri dönəcək.
Bunu İtaliya klubunun icraçı direktoru Beppe Marotta açıqlayıb. Onun sözlərinə görə, cari sözləşmə 30 iyun tarixində başa çatacaq. O, belçikalı hücumçunun zədələrdən sonra əvvəlki formasına geri dönə bilmədiyini də qeyd edib. Bu səbəbdən "İnter" onu komandada saxlamaqdan imtina edib.
Xatırladaq ki, Romelu Lukaku "İnter"in heyətində 2019-ci ildən 2021-ci ilə qədər 95 matçda iştirak edib və 64 qola imza atıb. Bu mövsüm isə 18 oyunda meydana çıxıb və 5 qol vurub.
Röya