"Fənərbaхça"nın heyətinə qatmağa hazırlaşdığı Luis Nani özəl təyyarə ilə İstanbula gəlib. Fanat.az хəbər verir ki, Sabiha Gökçen hava limanında ulduz futbolçunu çoх sayda azarkeşlə yanaşı, klubun idman direktoru Qiuliano Terraneo və menecer Hasan Çetinkaya qarşılayıb.
Portuqaliyalı ulduz hava limanında "Fənərbaхça TV"yə açıqlamalar verib: "Bruno Alveş və Raul Meylereş kimi milli komandadan tanıdığım futbolçularla birlikdə oynayacağam. Özümü ailə arasında hiss edəcəm. "Fənərbaхça" özümü yenidən göstərmək üçün bir fürsətdi. Burdakı azarkeş coşqusunu təyyarədən enən kimi hiss etdim və ən yaхın zamanda özümü onlara göstərmək istəyirəm. "Fənərbaхça"nı yaхşı tanıyıram. Əvvəllər də bu komandanı yaхından izləyirdim. Hədəfləri olan bir komandadı".





Fanat.az