"Liverpul"un mərkəz müdafiəçisi Deyan Lovrenin "Zenit"ə transferi rəsmiləşib.
Fanat.Az "Zenit"in saytına istinadən xəbər verir ki, Lovrenlə 3 illik müqavilə imzalanıb. Sankt-Peterburq təmsilçisi 31 yaşlı futbolçunun keçidinə görə 8,5 milyon avro ödəyib. Bonuslarla birlikdə bu məbləğ 12 milyon avroya çata bilər.
Lovren yeni iş yerində ilinə 2,5 milyon avro qazanacaq.
Fanat.Az