Ölkə birinciliyi və Bakı çempionatında 60-dək gimnast yarışacaq

Ölkə birinciliyi və Bakı çempionatında 60-dək gimnast yarışacaq

Azərbaycan Gimnastika Federasiyası (AGF) koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranan ikiillik fasilədən sonra yerli yarışlar mövsümünə start verir. 

Fanat.Az xəbər verir ki, yanvarın 29-da ənənəvi yarış məkanı olan Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatı ilin ilk yarışı olacaq.

Turnirdə idmançılar fərdi proqramda batut üzrə balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər, tamblinq üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.

Çempionat və birincilikdə ümumilikdə batut üzrə 34, tambliq üzrə isə 20 idmançının iştirakı gözlənilir.

Yarışların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatının ardınca ilin ilk 3 ayı ərzində Milli Gimnastika Arenasında gimnastikanın müxtəlif növləri üzrə daha 3 yerli yarış keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər