Litvalı futbolçu Bakıda

Litvalı futbolçu Bakıda
Hazırlığını Azərbaycanda davam etdirən AZAL klubunun düşərgəsinə yeni futbolçu cəlb olunub. Bu, Litva milli komandasının müdafiəçisi Linas Klimaviçyusdu.
191 sm boya, 90 kq çəkiyə malik olan Linas son olaraq, “Dauqava” klubunun uğurları üçün çalışıb. Bu komandanın heyətində 11 oyun keçirib, 1 qol vurmuş futbolçu Ukraynada “Dneper” və “Krivbass”da oynayıb eləcə də, “Ekranas” və “Suduva” komandalarının uğurları üçün çalışıb.
O, Litanın aşağı yaş qrupları üzrə bütün milli komandalarında çıxış edib. Olimpiya yığmasında 17 oyun keçirmək imkanı olub.
futbol11.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər