Litva - Azərbaycan matçının hakimləri açıqlandı

Litva - Azərbaycan matçının hakimləri açıqlandı

UEFA Millətlər Liqasının ilk turunda Azərbaycan millisinin Litvada keçirəcəyi qarşılaşmanı idarə edəcək hakimlər briqadası açıqlanıb. Fanat.Az xəbər verir ki, sentyabrın 27-də baş tutacaq oyunda Kipr hakimləri ədaləti təmin edəcəklər. Görüşün baş hakimi Menelaos Antoniou olacaq. Ona Pavlos Georgiou və Eraklis Komodromos yan xətt hakimləri kimi kömək göstərəcəklər. Qarşılaşmada dördüncü hakim vəzifəsini isə Konstantinos Fellas yerinə yetirəcək. VAR sisteminə Marios Kristoforou rəhbərlik edəcək. Dimitris Solomou isə VAR köməkçi hakimi funksiyasını icra edəcək. Qeyd edək ki, Litva - Azərbaycan matçı sentyabrın 27-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər