Lippertin Bakıya çağırdığı oyunçu son turu görmədi

Lippertin Bakıya çağırdığı oyunçu son turu görmədi
Almaniyanın Regional Liqasında 2013/14 mövsümünün son oyunları keçirilir. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Umut Sönmezin çıxış etdiyi "Memmingen" "Seligenporten"in qonağı olub.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Memmingen"in baş məşqçisi Tomas Reynhardt son turda millimizin üzvünə şans verməyib. Komanda 36 oyunda 41 xal toplayıb və mövsümü 13-cü pillədə başa vurub.
Qeyd edək ki, Umut U-21-in iyunun 1-də Norveçlə keçirəcəyi seçmə mərhələ oyununa dəvət alıb. O, yığmanın mayın 21-dən başlayan toplanışına sabahdan qoşulacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər