Lider "Zaqatala"nı meydana çıxdığına peşman etdi

Lider "Zaqatala"nı meydana çıxdığına peşman etdi
Bu gün Azərbaycan 1-ci Liqasında 4-cü tur start götürüb.
Fanat.Az xəbər verir ki, dörd günü əhatə edəcək turun açılış oyunu paytaxtda baş tutub.
Günün yeganə qarşılaşmasında şimal təmsilçiləri qarşılaşıblar. Lider "Şahdağ Qusar" Binədə "Zaqatala"nı Binədə qəbul edib. 15:30-da başlayan görüş Qusar komandasının 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun mərkəzi oyunu sabah - 8 oktyabrda “Səbail” ilə “Karvan-Yevlax” arasında olacaq. Ayın 9-da MOİK – “Mingəçevir” və “Şimal” – “Xankəndi” görüşləri reallaşacaq. Tura şənbə günü “Gəncəbasar” – “Baku Sportinq” matçı ilə yekun vurulacaq.
Azərbaycan 1-ci Liqası
4-cü tur
7 oktyabr
“Şahdağ Qusar” – “Zaqatala” 6:0
Qollar: İ.Butrif, 5. M. Baxşalı, 19; 90. J.Zenqo, 38; 62. A. Çipesse, 83.
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Safalı Ağayev, Nazim Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər