Lempard "Çelsi"də görəcəyi işdən danışdı

Lempard "Çelsi"də görəcəyi işdən danışdı

"Çelsi"nin yeni baş məşqçisi Frenk Lempard mövsümün qalan hissəsi üçün vəzifəsini açıqlayıb.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritso Romano mütəxəssisin sözlərindən sitat gətirib:

“Yeni oyunçular gəlib, onlara vaxt verilməlidir. Onlar “Çelsi”də oynamağın nə demək olduğunu başa düşməlidirlər. Mən zəmanət verirəm ki, burada olduğum müddətdə onların inkişafı üzərində çalışacağam”.

Qeyd edək ki, bir neçə gün öncə Qrem Potteri istefaya göndərən "Çelsi" cari mövsümün sonuna qədər sabiq futbolçusu Frenk Lemparda tapşırılıb.

Lempard 2019-2021-ci illər aralığında "Çelsi"nin baş məşqçisi olub. O, futbolçu kimi 13 il (2001-2014) "zadəganlar"ın formasını geyinib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər