“Sabah”la “Sumqayıt”ın püşkdə bəxti gətirmədi

“Sabah”la “Sumqayıt”ın püşkdə bəxti gətirmədi

Bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. 

Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbirdə Azərbaycan klubları “Sabah” və “Sumqayıt”ın da rəqibləri müəyyənləşib.

Püşkdə Premyer Liqanın bürünc mükafatçısı olan "Sabah"ın bəxtinə “Makkabi” (Hayfa) düşüb. "Bayquşlar" ilk matçını səfərdə keçirəcək.

"Sumqayıt" isə Macarıstan klubu “Fehervar” ilə qarşılaşacaq. Samir Abasovun komandası ilk oyununu evdə keçirəcək. 

Qeyd edək ki, 2-ci mərhələnin oyunları iyulun 25-də və avqustun 1-də reallaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər