Azərbaycan I Liqasında 1-ci turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.
“Difai” evdə “Cəbrayıl”a, “İmişli” isə “Baku Sportinq”ə minimal hesabla uduzub.
Dünən keçirilən mövsümün açılış oyununda da minimal hesab qeydə alınıb. Belə ki, "Karvan" "Qaradağ Lökbatan"ı 1:0 hesabı ilə məğlub edib. I Liqa I tur 12 sentyabr
“Difai” – “Cəbrayıl” 0:1 Qol: Əşrəf Zeynallı, 46. Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
“İmişli” – “Baku Sportinq” 1:2 Qollar: Seyxan Fərəcov, 12-pen – Elvin Valiyev, 33. Şahin Balejay, 39. Tovuz şəhər stadionu, 18:00.
İlk tura sabah yekun vurulacaq:
13 sentyabr
17:00. MOİK – “Mingəçevir” Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Aydın Bəxşiyev, Rəsul Babayev Lökbatan OİK stadionu
17:00. “Qəbələ” – “Zaqatala” Hakimlər: Vüqar Həsənli, Rəhman Aslanov, Samir Qaracayev, Murad Səlimov Qəbələ şəhər stadionu