“Alaves” İspaniya La Liqasına yüksəlmək üçün pley-off oyununda “Levante”ni məğlub edib (1:0).
Fanat.Az xəbər verir ki, Bask klubu qələbə qolunu 120 dəqiqəyə əlavə edilən 9-cu dəqiqədə vurub.
Nəticədə, “Alaves” bir ildən sonra yenidən La Liqada çıxış etmək hüququ qazanıb.
Öncədən “Qranada” və “Las Palmas” da elitaya vəsiqə qazanmışdı.