La Liqa:"Jirona"dan darmadağın, "Real Madrid" büdrədi

La Liqa:"Jirona"dan darmadağın, "Real Madrid" büdrədi

İspaniya La Liqasında 3-cü turun oyunlarına yekun vurulub. 

Fanat.Az xəbər verir ki, turun üçüncü günündə daha iki oyun baş tutub.

"Jirona" bu mövsüm ilk qalibiyyətini "Osasuna" üzərində darmadağınla qazanıb. "Real Madrid" isə növbəti dəfə xal itirib. "Kral klubu" "Las-Palmas"ın müqavimətini qıra bilməyib. .

Qeyd edək ki, bu turun “Betis” – “Xetafe” matçı təxirə salınıb.

İspaniya La Liqa 3-cü tur 26 avqust

Vilyarreal – Selta 4:3 Qollar: Kardona, 26. Barri, 60. Jaylson, 64-öz qapısına. Parexo, 90+10 – B.İqlesias, 12. Minqesa, 31. Starfelt, 80.

27 avqust

Malyorka – Sevilya 0:0

Rayo Valyekano – Barselona 1:2

Qollar: Lopes, 9 - Pedri, 69. Olmo, 82.

28 avqust

Atletik – Valensiya 1:0

Qol: Prados Dias, 45. 

Valyadolid – Leqanes 0:0  

Atletiko – Espanyol 0:0

Real Sosyedad – Alaves 1:2

Qollar: Mendes, 32 - Vilyalibre, 45+5. Martines, 77. 

29 avqust

Jirona – Osasuna 4:0 Qollar: Xil, 34. Çıqankov, 53. Ruis, 56. Stuani, 90. Las Palmas – Real Madrid 1:1 Qollar: Moleyro, 8 - Vinisius, 69. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər