La Liqanın rəhbəri vəzifəsindən uzaqlaşdırılır - İş açıldı

La Liqanın rəhbəri vəzifəsindən uzaqlaşdırılır - İş açıldı

İdman İnzibati Məhkəməsi (TAD) La Liqa futbolunun prezidenti Xavyer Tebasa qarşı intizam işi açıb. 

Fanat.Az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Mənbənin məlumatına görə, şikayəti “Real Madrid”in prezidenti Florentino Peres CVC investisiya fondu ilə müqavilə zamanı mümkün pozuntularla bağlı verib. 

Məhkəmə "Real"ın şikayətini təmin etsə, Tebas cəzalandırıla bilər.

Xatırladaq ki, 

Uzun müddətdir La Liqanın prezidenti olan Xavyer Tebas 2023-cü ilin sonunda  yenidən dörd illik müddətə seçilib. O, 2013-cü ilin aprelindən bu vəzifəni icra edir. 

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər