La Liqanın rəhbəri Xavyer Tebas İspaniya tarixinin ən yaxşı oyunçusunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, qurum funksioneri qonağı olduğu "The Wild Project" verilişinin "Youtube" kanalında bu barədə sualları belə cavablandırıb:
"Ən yaxşı ispan oyunçu? - Butraginyo. - La Liqada oynamış ən yaxşı oyunçu? - Messi. - Tarixin ən yaxşı oyunçusu? - Messi. - Avropanın ən yaxşı oyunçusu? - Bellingem".
Karyerasının böyük qismi La Liqa və "Barselona" ilə bağlı olan dünya ulduzu Lionel Messi hazırda MLS-in "İnter Mayami" klubunda çıxış edir.
Mirağa