İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Barselona”nın hakimlərə rüşvət verməsi ilə bağlı qalmaqaldan danışıb.
Fanat.Az xəbər verir ki, AS futbol funksionerinin dediklərini belə çatdırıb:
“Barselona”ya qarşı dava İspaniya futbolunun ən pis anıdır. İndi reputasiyamız təhlükə altındadır. Hələlik klubdan heç bir aydınlıq gəlməyib. Yalnız direktorlar şurasının ilkin açıqlaması var. Onlar heç nə etmədiklərini iddia edirlər. Biz onların vəziyyəti tam dərk etmələrini gözləyirik".
Qeyd edək ki, “Barselona”nın günahı sübuta yetirilərsə, o zaman Kataloniya klubunun La Liqadan və Çempionlar Liqasından kənarlaşdırıla bilər.
Mirağa