La Liqanın lideri "Barselona"nın yetirməsinə gözünü dikdi

La Liqanın lideri "Barselona"nın yetirməsinə gözünü dikdi

Kataloniya "Jirona"sı "Xetafe"nin mərkəz yarımmüdafiəçisi Karles Alenya ilə maraqlanır. 

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış ispan insayder Nil Sola yayıb.

Mənbənin məlumatına görə, "Barselona"nın yetirməsinin hazırkı klubu ilə müqaviləsinün müddəti 2024/25 mövsümünün sonuna qədərdir, lakin futbolçu hazırda "Jirona"ya keçməkdə israrlıdır. “Qırmızı-ağlar” artıq qarşı tərəflə danışıqlara başlayıb.

26 yaşlı yarımmüdafiəçi "Xetafe"də ümumilikdə 44 matça çıxaraq 3 qol vurub. O, bu mövsüm 18 oyun keçirib və 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" onun dəyərini 3 milyon avro qiymətləndirir. Halbuki, 2019-cu ildə "Tottenhem" istedadlı ispan üçün "Barselona"ya 75 milyon avro ödəməyə hazır olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər