La Liqanın ən bahalı futbolçusu bilindi - Pedri 3-cü yerdədir

La Liqanın ən bahalı futbolçusu bilindi - Pedri 3-cü yerdədir

Futbolçuların transfer qiymətləri üzrə ixtisaslaşmış "Transfermarkt" portalı İspaniya La Liqasında çıxış edən oyunçuların dəyərləri ilə bağlı dəyişikliklər edib.

Fanat.Az xəbər verir ki, sözügedən çempionatın ən bahalı futbolçusu Lamin Yamaldır.

"Barselona"nın vingerinin indiki transfer dəyəri 200 milyon avrodur. İkinci yerdə "Real Madrid"in fransalı forvardı Kilian Mbappe qərarlaşıb - 180 milyon avro.

"3-lüy"ü Kataloniya klubunun yarımmüdafiəçisi Pedri (150 milyon avro) qapayır.

Xatırladaq ki, La Liqada geridə qalan mövsümün qalibi 94 xal toplayan "Barselona" olub. "Real" 2-ci (86 xal), "Vilyarreal" (72 xal) 3-cü yeri tutub.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər