La Liqa rəhbərliyi mövsümün sona kimi oynanılmasının tərəfdarıdı. Bununla belə, çempionatın bərpası bir həftə gecikəcək.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, La Liqa 19 iyunda bərpa ediləcək. İlk matç "Sevilya" və "Betis" arasında oynanılacaq.
Protokol qaydalarına əsasən, 1 iyundan etibarən tam komanda halında məşqlərə start verilməli idi. Lakin klublar çempionatın startına qədər minimum iki həftə hazırlıq müddətinə ehtiyac olduğunu bildiriblər. Bu səbəbdən La Liqanın bərpası iyunun 19-na təxirə salınıb.
Daha əvvəl, Primeroda koronavirus pandemiyası ilə əlaqədar yaranan fasilənin 12 iyunda bitəcəyi açıqlanmışdı.
Fanat.Az