La Liqanın autsayderi İtaliya nəhənginin oyunçusu ilə gücləndi

La Liqanın autsayderi İtaliya nəhənginin oyunçusu ilə gücləndi

İspaniyanın "Almeria" klubu "Milan"ın vingeri Luka Romeronu transfer etdiyini rəsmən açıqlayıb. 

Fanat.Az xəbər verir ki, söhbət 19 yaşlı argentinalının cari mövsümün sonuna kimi icarəyə götürülməsindən gedir.

"Milan" Romeronu ötən ilin yayında, "Latsio" ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi transfer edib. O, mövsümün ilk yarısında bütün turnirlərdə cəmi 5 qarşılaşmada iştirak edib, ümumilikdə 156 dəqiqə meydanda olub.

"Almeriya" hazırda 21 matçdan cəmi 6 xal toplayaraq, La Liqada sonuncu pillədə qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər