Yeni mövsümdən La Liqada çıxış edəcək "Hueska"nın yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, klub argentinalı məşqçi Leo Franko ilə birillik müqavilə imzalayıb. Klubdan verilən açıqlamada mütəxəssislə növbəti mövsüm üçün anlaşma əldə olunduğu bildirilib.
Bir dönəm "Qalatasaray"ın da qapısını qorumuş 41 yaşlı veteran qapıçı sonuncu dəfə elə "Hueska"da forma geymiş və 2016-cı ildə karyerasını bitirmişdi.
"Hueska" İspaniyanın birinci liqasında mövsümün bitməsinə bir həftə qalmış 75 xalla La Liqaya vəsiqə qazanmışdı.
Fanat.Az