La Liqada ilk: "TikTok" vasitəsilə canlı yayım olacaq

La Liqada ilk: "TikTok" vasitəsilə canlı yayım olacaq

İspaniya çempionatının gələn cümə günü oynanılacaq "Real Betis" -" Real Sosyedad" matçı sosial mediada yayımlanacaq ilk La Liqa oyunu kimi tarixə düşəcək. 

Fanat.Az xəbər verir ki, bu şərəf məşhur "TikTok"a verilib. Beləliklə, hər kəs oyunu öz TV platformalarında izləyə biləcək.

“Bu, La Liqa üçün matçların bütün dünyada yayımlanmasını təmin etmək üçün irəliyə doğru daha bir addımdır. "TikTok" ilə razılaşma yeni şeylər təqdim etmək istədiyimizi təsdiqləyir", - İspaniya çempionatının rəqəmsal strategiya direktoru Alfredo Bermejo belə deyib.

"TikTok"un İspaniya rəhbəri Soraya Kastellanos isə anlaşma ilə bağlı bunları bildirib: “Biz fəxr edirik ki, La Liqa öz yayımı üçün TikTok-u seçdi. TikTok futbol azarkeşlərinin bağlı olduğu bir yerdir və biz böyük brendlər tərəfindən tanınmaqdan qürur duyuruq”. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər