La Liqada bu mükafat uğrunda mübarizə aparacaq futbolçular müəyyənləşdi - ADLAR

La Liqada bu mükafat uğrunda mübarizə aparacaq futbolçular müəyyənləşdi - ADLAR

İspaniya La Liqasında noyabr ayının ən yaxşısı adı uğrunda mübarizə aparacaq futbolçular müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, qurumun mətbuat xidməti 5 namizədin adlarını açıqlayıb.

Mükafata namizədlər arasında "Real Madrid"in vingeri Vinisius Junior, "Barselona"nın yarımmüdafiəçisi Dani Olmo, "Real Sosyedad"ın cinah oyunçusu Takefusa Kubo, "Jirona"nın müdafiəçisi Arnau Martines və "Atletiko Madrid"in hücumçusu Culiano Simeone var.

Xatırladaq ki, 13 turun nəticələrinə əsasən, “Barselona” 33 xalla birinci yerdədir. "Real Madrid" liderdən 6 xal geri qalır. 13 oyundan sonra 26 xalla üçüncü yerdə “Atletiko Madrid” qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər