La Liqada baş məşqçi dəyişikliyi reallaşdı

La Liqada baş məşqçi dəyişikliyi reallaşdı

İspaniya La Liqasında məşqçi dəyişikliyi reallaşıb.

Fanat.Az xəbər verir ki, "Osasuna" Visente Morenonu baş məşqçi təyin edib. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

49 yaşlı Moreno sonuncu dəfə Əndəlus təmsilçisi "Almeria"da çalışıb və burada ötən ilin sentyabrında ardıcıl 7 matçda qələbə qazanmadıqdan sonra qovulub. 

"Osasuna"nın əvvəlki baş məşqçisi altı mövsüm klubda çalışmış, Pamplona komandasını La Liqaya qaytaran və 2022/23 mövsümündə Kral Kubokunun finalına çıxaran Haqoba Arrasate idi. Gələn mövsüm Arrasate "Malyorka"nın baş məşqçisi olacaq. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər