La Liqada ayın ən yaxşı baş məşqçisi açıqlandı

La Liqada ayın ən yaxşı baş məşqçisi açıqlandı

“Atletik”in baş məşqçisi Ernesto Valverde İspaniya çempionatında ayın ən yaxşı məşqçisi mükafatını qazanıb. 

Fanat.Az xəbər verir ki, bu barədə La Liqanın sosial şəbəkə hesabında məlumat paylaşılıb.

O, sentyabr ayının nəticələrinə əsasən mükafat uğrunda mübarizədə Hans-Diter Flik (“Barselona”) və Karlo Ançelottini (“Real Madrid”) üstələyib.

“Atletik” ötən ay “Las Palmas” (3:2), “Leqanes” (2:0) və “Selta”ya (3:1) qalib gəlib, “Sevilya” ilə də heç-heçə edib (1:1). Bilbaolular turnir cədvəlinin ilk altılığında yer alır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər