Bazar ertəsi Movistar və DAZN platformaları növbəti beş mövsüm üçün La Liqanın televiziya yayın hüquqlarını 4,95 milyard avroya əldə ediblər.
Fanat.Az xəbər verir ki, La Liqanın açıqlamasında bu məbləğin əvvəlki illərlə müqayisədə çox olduğu bildirilib.
Press-relizdə deyilir: "Movistar və DAZN platformaları La Liqanın növbəti beş mövsümü üçün 4,95 milyard avroya televiziya hüquqlarını əldə ediblər. Proses 2022-2023-dən 2026-2027-ci ilə qədər olan mövsümlər üçün ödənişli rejimdə İspaniya və Andorra bazarını hədəfləyir. Razılaşmaya görə, Movistar və DAZN hərəsi gündə cəmi beş matç yayınlayacaq. Bu, əvvəlki dövrlərin ekvivalent partiyaları ilə müqayisədə audiovizual gəlirlərdə bir qədər artım deməkdir. Yayım hüququ hər mövsüm üçün təxminən 980 milyon avrodan 990 milyon avroya qədər gəlir gətirəcək".
Mirağa