La Liqa: “Valensiya” evdə, “Sevilya” səfərdə qələbə qazandı

La Liqa: “Valensiya” evdə, “Sevilya” səfərdə qələbə qazandı

İspaniya La Liqasında 31-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.

“Valensiya” evdə “Valyadolid”ə, “Vilyarreal” isə “Espanyol”a qalib gəlib. “Sevilya” da səfərdə “Atletik” üzərində qələbəyə sevinib.

Hazırda 76 xala malik “Barselona” vahid liderdir. “Real” 65 xalla ikinci, “Atletiko” 63 xalla üçüncü pillədə qərarlaşıb. “Real Sosyedad” 55, “Vilyarreal” 50, “Betis” 49, “Atletik” 46, “Osasuna” 44 xal yığıb.

İspaniya La Liqası 31-ci tur 25 aprel

Kadis – Osasuna 0:1 Qol: R.Qarsiya, 62.

Jirona – Real 4:2 Qol: Kastelyanos, 12; 24; 46; 62 – V.Junior, 34. Lukas, 85.

Betis – Real Sosyedad 0:0

26 aprel

Atletiko – Malyorka 3:1 Qol: De Paul, 45+2. Morata, 47. Karrasko, 77 – Nastasiç, 20.

Xetafe – Almeriya 1:2 Qol: Mayoral, 71 – L.Suares, 7; 58.

Selta – Elçe 1:0 Qol: Aydo, 90.

Rayo Valyekano – Barselona 2:1 Qol: A.Qarsiya, 19. F.Qarsiya, 53 – Levandovski, 83.

27 aprel

Valensiya – Valyadolid 2:1 Qol: Diakabi, 50. Querra, 90+3 – Larin, 6.

Vilyarreal – Espanyol 4:2 Qol: Kapue, 53; 90+2. Parexo, 63. Cekson, 80 – Puado, 45. Xoselu, 73.

Atletik – Sevilya 0:1 Qol: Okampos, 90+1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər