La Liqa: "Sevilya"dan qələbə

La Liqa: "Sevilya"dan qələbə
İspaniya La Liqasında mövsümünə yekun vurulub. 
Fanat.Az xəbər verir ki, mövsümün sonuncu - 38-ci turu bu gün keçirilən iki qarşılaşma ilə yekunlaşıb.
 
"Qranada” ilə "Xetafe” heç-heçəyə razılaşıb. "Sevilya” isə "Alaves”lə oyundan qələbə ilə ayrılıb.
 
Beləliklə, mövsümün yekunlarına əsasən, Madrid "Atletiko”su 86 xalla çempion olub. Madridin digər təmsilçisi "Real” 84 xalla ikinci yeri tutub. 79 xal toplamış "Barselona” isə bürünc mükafatçı olub. Bu komandalarla birgə, 77 xalla dördüncü olan "Sevilya” da UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.
 
Beşinci və altıncı yerləri tutan "Real Sosyedad”la (62 xal) "Betis” (61 xal) İspaniyanı Avropa Liqasında təmsil edəcək. 58 xalal yeddinci olan "Vilyarreal” isə Avropa Konfrans Liqasında mübarizə aparacaq.
 
"Hueska” (34 xal), "Valyadolid” (31) və "Eybar” (30) elitanı tərk edib.
 
İspaniya La Liqası
38-ci tur
23 may
 
Qranada – Xetafe 0:0
 
Sevilya – Alaves 1:0
Qol: Qomes, 90+2.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər