İspaniya La Liqasında 27-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha dörd görüş reallaşıb.
"Sevilya” Əndəlüs derbisində "Betis”i, "Qranada" "Real Sosyedad"ı tək qolla yenibsə, "Vilyarreal” səfərdə "Eybar”ı məğlubiyyətə uğratmağı bacarıb.
"Selta" - "Atletik" qarşılaşması isə başladığı hesabla bitib.
İspaniya La Liqası
27-ci tur
14 mart
Selta – Atletik 0:0
Qranada – Real Sosyedad 1:0
Qol: Sançes, 51.
Eybar – Vilyarreal 1:3
Qollar: Enrix, 55 – Qomes, 1. Bakka, 34. Pedrasa, 87.
Sevilya – Betis 1:0
Qol: En Nesiri, 27.
Tura sabah keçiriləcək "Barselona" – "Hueska" matçı ilə yekun vurulacaq.