La Liqa: "Real Sosyedad" son dəqiqədə penaltiylə sevindi

La Liqa: "Real Sosyedad" son dəqiqədə penaltiylə sevindi

Futbol üzrə İspaniya La Liqasında 30-cu tur başa çatıb.  

Fanat.Az xəbər verir ki, tura "Real Sosyedad" – "Espanyol" matçı ilə yekun vurulub. Görüşün taleyini 1 qol həll edib. Sosyedadlılar matça əlavə olunmuş vaxtın son saniyələrində hakimin təyin etdiyi penaltidən fərqlənərək, 3 xalı bayram ediblər. Beləliklə, "Real Sosyedad" 6-cı pillədəki mövqeyini möhkəmləndirib. 

İspaniya La Liqası

30-cu tur

4 aprel

Real Sosyedad – Espanyol 1:0 Qol: İsak, 90+6-pen.

3 aprel   Atletik – Elçe 2:1 Qol: Berenger, 32. Vilyalibre, 86 – Xosan, 90+2.   Real Betis – Osasuna 4:1 Qol: Xuanmi, 34; 45+1. Karvalyo, 82. Moreno, 88 – Budimir, 65.   Valensiya – Kadis 0:0   Qranada – Rayo Valyekano 2:2 Qol: Molina, 67. Milya, 90+4-pen – Katena, 6. Qvardiola, 17.   Barselona – Sevilya 1:0 Qol: Pedri, 72.

2 aprel

Xetafe – Malyorka 1:0 Qol: Mayoral, 82.

Levante – Vilyarreal 2:0 Qollar: Morales, 69, 90+1.

Selta - Real Madrid - 1:2 Qollar: Nolito, 52 - Benzema, 19-pen, Benzema, 70-pen.

Atletiko Madrid – Alaves 4:1 Qollar: Joau Feliks, 11, 82 Suares, 75, pen., 90 - Eskalante, 63. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər