La Liqa: "Rayo Valyekano"dan çətin qələbə

La Liqa: "Rayo Valyekano"dan çətin qələbə

İspaniya La Liqasında 7-ci tur başa çatıb. 

Fanat.Az xəbər verir ki, son oyun günündə bir matç keçirilib.

“Rayo Valyekano” öz meydanında uzatma dəqiqələrində vurduğu qolla “Elçe”ni üstələməyi bacarıb.

“Barselona” və “Real” hərəyə 19 xalla turnir cədvəlinin şərikli liderləridir. “Atletik Bilbao” 16 xalla üçüncü, “Real Betis” 15 xalla dördüncüdür. “Atletiko Madrid”, “Osasuna” və “Real Sosyedad”ın isə geridə qalan turlarda 13 xalı var.

İspaniya La Liqası

VII tur

3 oktyabr

Rayo Valyekano – Elçe 2:1 Qollar: Kamelyo, 40. U.Lopes, 90+5 – Boye, 32.

2 oktyabr

Espanyol – Valensiya 2:2 Qollar: Xoselu, 56. Darder, 83 – Paulista, 53. E.Comert, 90+6.

Selta – Real Betis 1:0 Qol: Veyqa, 9.

Jirona – Real Sosyedad 3:5 Qollar: Rikelme, 23. A.Martines, 27. Kastelyanos, 48 – Sörlot, 8; 42. Mendes, 66. Zubimendi, 71. Kubo, 85.

Real Madrid – Osasuna 1:1 Qollar: Junior, 42 – Qarsiya, 50.

1 oktyabr

Sevilya - Atletiko Madrid 0:2 Qollar: Llorente, 29, Morata, 57

Xetafe - Valyadolid 2:3 Qollar: Mayoral, 29, Denis Suares, 31 - Leon, 20-pen,Leon, 37, Plano, 49.

Kadis - Vilyarreal 0:0

Malyorka – Barselona 0:1 Qol: Levandovski, 20. 

30 sentyabr

Atletik Bilbao – Almeriya 4:0 Qollar: İ.Uilyams, 10. Sanset, 17. N.Uilyams, 62. Vesqa, 84.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər