La Liqa: "Real"dan inamlı qələbə, "Vilyarreal"dan darmadağın

La Liqa: "Real"dan inamlı qələbə, "Vilyarreal"dan darmadağın

İspaniya La Liqasında 18-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 5 oyun baş tutub.

“Valensiya” – “Alaves” və “Betis” – “Rayo Valyekano” görüşlərində qalib müəyyənləşməyib. “Las Palmas” evdə “Espanyol”a qalib gəlibsə, “Leqanes” “Vilyarreal”a böyük hesabla uduzub. “Real Madrid” də “Sevilya” ilə ev oyununda inamlı qələbə qazanıb.

Hazırda 41 xalı olan “Atletiko” vahid liderdir. “Real” 40 xalla ikinci, “Barselona” 38 xalla üçüncüdür. “Atletik” 36, “Vilyarreal” və “Malyorka” 30 xal toplayıblar.

İspaniya La Liqası 18-ci tur 20 dekabr

Jirona – Valyadolid 3:0 Qollar: Lopes, 31. Ruis, 39. Danjuma, 81.

21 dekabr

Xetafe – Malyorka 0:1 Qol: Larin, 53-pen.

Selta – Real Sosyedad 2:0 Qollar: P.Duran, 40; 45+1.

Osasuna – Atletik 1:2 Qollar: Torro, 25 – Quruseta, 31. Berencer, 74.

Barselona – Atletiko Madrid 1:2 Qollar: Pedri, 30. De Paul, 60. Sörlot, 90+6.

22 dekabr

Valensiya – Alaves 2:2 Qollar: Rioxa, 70-pen. D.Qomes, 90+8 – K.Martin, 7. Cordan, 88-pen.

Real Madrid– Sevilya 4:2 Qollar: Mappe, 10. Valverde, 20. Rodriqo, 34. B.Dias, 53 – Romero, 35. Lukebakio, 85.

Las Palmas – Espanyol 1:0 Qol: Ramires, 67.

Leqanes – Vilyarreal 2:5 Qollar: Sisse, 7. Raba, 33-pen – Barri, 16; 45+2; 65. Moreno, 90+2. Kanaes, 90+8.

Betis – Rayo Valyekano 1:1 Qollar: İsko, 37-pen – Palason, 51.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər