La Liqa: "Barselona" rəqibinə rəhm etmədi

La Liqa: "Barselona" rəqibinə rəhm etmədi

İspaniya La Liqasında 19-cu turun bir oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, “Malyorka” “Barselona”nı qəbul edib.

"Blauqrana" bu qarşılaşmada meydan sahiblərini 4 top fərqi ilə yenib.

Bu qələbə sayəsində xallarının sayını 37-yə çatdıran Kataloniya komandası La Liqanın turnir cədvəlində vahid liderdir.

19-cu turun daha bir oyunu dekabrın 4-də, qalanı isə 2025-ci ilin yanvarında keçiriləcək.

İspaniya La Liqası 19-cu turun oyunu 3 dekabr

Malyorka – Barselona 1:5 Qollar: Muriqi, 43 – Torres, 12. Rafinya, 56-pen; 74. De Yonq, 79. Viktor, 84.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər