La Liqa: “Osasuna” və “Malyorka”dan qələbə

La Liqa: “Osasuna” və “Malyorka”dan qələbə

İspaniya La Liqasında 36-cı tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün son iki oyun baş tutub.

“Malyorka” evdə “Valensiya”nı, “Osasuna” isə “Atletik”i məğlub edib.

Hazırda çempionluğu təmin etmiş “Barselona” 85 xalla vahid liderdir. “Real” 74 xalla ikinci, “Atletiko” 73 xalla üçüncü pillədə qərarlaşıb. “Real Sosyedad”ın 68, “Vilyarreal”ın 63, “Betis”in 56, “Oasuna” və “Atletik”in 50, “Jirona” və “Sevilya”nın 49 xalı var.

İspaniya La Liqası 36-cı tur 23 may

Selta – Jirona 1:1 Qol: K.Peres, 42 – Stuani, 59.

Real Sosyedad – Almeriya 1:0 Qol: Kubo, 45+4.

Valyadolid – Barselona 3:1 Qol: Kristensen, 2-öz qapısına. Larin, 22-pen. Plata, 73 – Levandovski, 84.

24 may

Elçe – Sevilya 1:1 Qol: Tete Morente, 25 – Lamela, 10.

Real – Rayo Valyekano 2:1 Qol: Benzema, 31. Rodriqo, 89 – De Tomas, 84.

Vilyarreal – Kadis 2:0 Qol: N.Cekson, 20; 45+2.

Betis – Xetafe 0:1 Qol: Alderete, 68.

Espanyol – Atletiko 3:3 Qol: Montes, 64. Xoselu, 76-pen. Vinisius Souza, 79 – Niqes, 21. Qrizman, 44. Karrasko, 46.

25 may

Malyorka – Valensiya 1:0 Qol: Muriqi, 64.

Osasuna – Atletik 2:0 Qol: Budimir, 50. Torro, 77.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər