La Liqa: Nəhənglərdən heç-heçə

La Liqa: Nəhənglərdən heç-heçə

Futbol üzrə İspaniya çempionatında 37-ci tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, turun əksər görüşləri bazar günü keçirilib.

“Atletik” evdə “Osasuna”nı, “Levante” “Alaves”i, “Malyorka” “Rayo Valyekano”nu, “Real Betis” “Qranada”nı, “Selta” “Elçe”ni yenib. “Vilyarreal” öz meydanında “Real Sosyedad”a uduzub.

Turnir cədvəlində ikinci pillədə qərarlaşan “Barselona” səfərdə “Xetafe” ilə "quru" heç-heçə edərək ikinciliyi təmin edib.

Çempionluğu rəsmiləşdirən “Real Madrid" “Kadis”lə, "Atletiko Madrid" isə “Sevilya” ilə qollu bərabərliyə razılaşıb.

İspaniya La Liqası

37-ci tur

 

15 may

Atletik – Osasuna 2:0 Qollar: Berenger, 33. Villalibre, 79.

Atletiko Madrid – Sevilya 1:1 Qollar: Ximenes, 30 – En Nesiri, 85.

Real Betis – Qranada 2:0 Qollar: Xuanmi, 14; 88.

Vilyarreal – Real Sosyedad 1:2 Qollar: Koklen, 43 – İsak, 56. Zubimendi, 73.

Selta – Elçe 1:0 Qol: D.Suares, 9.

Kadis – Real Madrid 1:1 Qollar: Sobrino, 37 – M.Dias, 5.

Levante – Alaves 3:1 Qollar: Duarte, 53. Marti, 74. Morales, 90+5 – Xoselu, 36.

Malyorka – Rayo Valyekano 2:1 Qollar: Muriqi, 13. Prats, 90+2 – Siss, 60.

Xetafe – Barselona 0:0

14 may

Espanyol – Valensiya 1:1 Qol: De Tomas, 45+2 - Qomes, 37.

La Liqa: Nəhənglərdən heç-heçə

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər