İspaniya La Liqası rəhbərliyi Ukrayna ilə Rusiya arasında gedən müharibəyə biganə yanaşmayıb.
Fanat.Az xəbər verir ki, liqanın 27-ci turunun oyunlarından əvvəl komandalar meydana “Müharibəyə yox” pankartları ilə çıxacaqlar.
Məlumatı La Liqanın rəsmi saytı məlumat yayıb.
“Müharibəyə yox” mesajı yayım zamanı stadionların ekranlarında və reklam lövhələrində nümayiş etdiriləcək. Bu mesaj La Liqanın sosial şəbəkə hesablarında da paylaşılacaq.