La Liqa: Mbappe penaltini qaçırdı, "Real Madrid" məğlub oldu

La Liqa: Mbappe penaltini qaçırdı, "Real Madrid" məğlub oldu

İspaniya La Liqasında 19-cu turun daha bir oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, bu gün “Atletik” öz meydanında son çempion “Real Madrid”lə üz-üzə gəlib.

Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. "Kral klubu"nun hücumçusu Kilian Mbappe 69-cu dəqiqədə penaltini vura bilməyib.

Daha öncə “Barselona” səfərdə “Malyorka”ya qalib gəlmişdi – 5:1.

19-cu turun qalan oyunları 2025-ci ilin yanvar ayında baş tutacaq.

İspaniya La Liqası 19-cu tur 4 dekabr

Atletik – Real Madrid 2:1 Qollar: Berencer, 53. Quruseta, 80 – Bellingem, 78.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər