La Liqa klubunun tarixinə düşən məşqçidən ayrılıq qərarı

La Liqa klubunun tarixinə düşən məşqçidən ayrılıq qərarı

İspaniya La Liqa təmsilçisi "Osasuna" 2023/2024 mövsümünün sonunda baş məşqçisiz qalacaq.

Fanat.Az xəbər verir ki, sözügedən komandanın 45 yaşlı çalışdırıcısı Yaqoba Arrasate bu barədə "Football Espana"-ya özü açıqlama verib.  

O, 6 ildir çalışdırdığı komandadakı postunu tərk edəcəyini bildirib. 

2019-cu ildən "Osasuna"ya rəhbərlik edən mütəxəssis həmin il komandanı ​​Sequndadan La Liqaya daşıyıb. Pamplona komandası 2023-cü ildə ilk dəfə Avropa yarışlarında - Konfrans Liqasının təsnifat mərhələsində çıxış edib.

Ümumilikdə, Arrasatenin rəhbərliyi altında komanda 248 rəsmi oyun keçirib və bu oyunda 102 qələbə qazanıb. "Osasuna" hazırda turnir cədvəlində 12-ci yerdədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər