La Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə

La Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə

“Xetafe” baş məşqçi Xose Bordalasın müqavilə müddətini uzadıb.

Fanat.Az xəbər verir ki, 59 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalanıb.

İspan baş məşqçi aprel ayından bu postda çalışır. Komanda onun rəhbərliyi altında La Liqada qalmağı bacarıb.

Bordalas daha öncə 2016-2021-ci illər aralığında da “Xetafe”yə rəhbərlik edib. 

“Xetafe” ötən yay “Real Sosyedad”dan icarəyə götürdüyü yarımmüdafiəçi Portunun da transfer hüquqlarını alıb. Sağ cinah vingeri ilə 3 illik müqavilə imzalanıb. “Xetafe” bu transfer üçün La Liqanın digər klubuna 3,5 milyon avro təzminat ödəyib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər