"Alaves" yeni baş məşqçisini açıqlayıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Asyer Qaritanonu Xuan Munyis əvəzləyəcək. 51 yaşlı mütəxəssisin müqaviləsi mövsümün sonuna kimi nəzərdə tutulub.
Munyisin son iş yeri "Malaqa" olub.
34 turdan sonra aktivində 35 xalı olan "Alaves" La Liqanın turnir cədvəlində 15-cidi.
Fanat.Az